İstanbul Fashion Connection
Bu gün iş adamları ilə partnyorumuz Jakonda restoranında bir araya gəldik. Səmimi atmosferdə keçən görüşdə sahibkarlar tanış oldular. Sərgilər haqqında müzakirələr oldu. Avqust ayında İstanbulda keçiriləcək, Founder Club-ın nümayəndəsi olduğu İFCO
(Istanbul Fashion Connection) geyim sərgisi haqqında məlumat verildi. Geyim istehsalçılarına sərgidə Founder Cluba məxsus stenddə məhsullarını sərgiləmək imkanı haqqında məlumat paylaşıldı.
Sərgidə iştirak edə bilər: Hazır geyim, akksesuar, ayaqqabı və tekstil firmaları
Qarşılanan ödənişsiz xidmətlər:
• İstanbulda 5 ulduzlu oteldə 4 gecə gecələmə (səhər yeməyi daxil)
Otellər – Pullman İstanbul Hotel və Elite Word Hotel Europe
• Hava limanında qarşılanma və otelə transfer
• Hər gün oteldən sərgi mərkəzinə transfer
• Hər gün sərgi kompleksindən otelə transfer (17:00-18:00)
• Sərgi kompleksini ziyarət etmək üçün VIP-kart
• Yarmarka meydançalarında B2B görüşlər üçün yerlərdən istifadə