Şuşaya doğru yol çixan iş adamlarının hər birində 1 gün öncədən ayrı bir həyəcan olduğunu yol boyunca danışıqlardan hiss olunurdu. 30 il boyunca xəbərlərdə video yazılarda gördüyümüz Şuşa şəhərini görməyi Allah nəsib etdi.

Bu uğurda 44 günlük böyük Vətən müharibəsində bizim 3-4 saatlıq rahat avtobusla getdiymiz yolu, min bir əziyyətlə canlarını ortaya qoyaraq, hətta canlarından keçərək Şuşa şəhərinə kimi savaşaraq gələn hər bir şəhidimizə Allah rəhmət eləsin, Qazilərimizə dərin təşəkkürlər. Önlərində baş əyirik.

“Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi insanların 30 illik Vətən həsrətinə son qoydu.”Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi, Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın güclü dövlət olduğunu və haqlı mübarizə apardığımızı bütün dünyaya bir daha nümayiş etdirdik. Fəxr edirik….