Dünən Founder Women Club -ın idarə heyətinin üzvləri, Accelerated Career Academy , Bashkent Restoran və Şirniyyat Evi , Azer Legal Group , Elegance&Events və Vecon təşkilatçılığı, Bahar Evtekstil Bahar Evtekstil Baş sponsorluğu ilə 80 Qadın Sahibkarın Iştirakı ilə B2B görüşlər keçirildi.Fərqli sahələri təmsil edən sahibkarlar tədbir boyunca tanışlıqlar etdilər.Tədbirdə eyni zamanda Çexiya səfirliyindən, Indoneziya səfirliyindən, Dubai Chamber- dən nümayəndələr də iştirak etdilər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA -nın nümayəndəsi Emil bəy Tədbirdə sahibkarları salamlayaraq hər birinə uğurlar arzuladı.Daha sonra Bizcon şirkətinin rəhbəri Anar bəyin təqdimatında

1. Vergi cərimələri;

2. Mühasiblərin əsasən yol verdikləri səhvlər;

3. Müəssisədə əsas vergi riskləri

4. Vergi xərclərinin minimallaşdırılması adı altında seminar təşkil olundu.Tədbirin sonunda iştirakçilara Bahar Home Tekstil tərəfindən hədiyyələr verildi.

#FounderWomenClub #Networking #BusinessNetworking #B2B #Womennetworking #BusinessWomenNetworking