
Founder Club tərəfdaşlığı, ACA-DEMY və KVET Əlavə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük Sövdələşmələr” adlı tədbir həyata keçirildi
1 May, 2023-cü il tarixində, saat 12:00-da Founder club tərəfdaşlığı, ACA-DEMY və KVET Əlavə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük Sövdələşmələr” adlı tədbir həyata keçirildi.
Tədbirin məqsədi “Böyük Sövdələşmələr” (Big Deals) layihəsi çərçivəsində əməkdaşlıq edilən müəssisələr üçün yaradılacaq imkanlar (endirimli təlim paketləri, daha aşağı xərclə işçi qüvvəsi, peşəkar kadr bankından istifadə və.s) barədə ətraflı məlumat verməkdir.
Tədbir əsnasında iştirakçılar digər özəl və dövlət qurumlarının nümayəndələri ilə əlaqə, maraqlı sessiyalara qoşuldular, eləcə də dövlət-özəl tərəfdaşlığı barəsində məlumat əldə etdilər.