“Founder Club” rəsmiləri ilə Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar ilə görüş baş tutub. Görüş zamanı qarşılıqlı əməkdaşlıq, yeni layihələr və müxtəlif məsələlər barədə müzakirələr edilib.

Vinay Kumar biznes yönümlü məsələlərə toxunaraq, bu sahədə atılan addımları yüksək qiymətləndirərək, Hindistan-Azərbaycan biznes əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

“Founder Club” olaraq, biz də, hər iki ölkənin birgə layihəsi və iş adamları arasında təcrübə mübadiləsi üçün əlimizdən gələn dəstəyi göstərəcəyik.