Ötən həftə “FC talks” da “Biznes,şəxsi inkşaf və sahibkarın ailəyə ayırdığı vaxt” mövzuları üzərində iş adamları ilə tədbirimiz baş tutdu.İnşaat sahəsində fəaliyyət göstərən iş adamları mövzular üzərində təcrübələrini,fikirlərini paylaşdılar.Tədbirdə iştirak edən Maliyyə, bank, kapital bazarları, maliyyə nəzarəti, biznes konsaltinqi və tədris sahələri üzrə 15 illik iş təcrübəsi olan, İqtisad üzrə fəlsəfə doktoru (PhD) Ruslan Babayev iş adamları ilə müzakirələr edərək fikirlərini paylaşdı.

Tədbir partnyorumuz BMG International -ın ofisində baş tutdu.

BMG İnternational 2013-cü ildə Azərbaycanda qurulmuş və hər növ maliyyə-mühasibatlıq xidmətlərini, eləcə də müxtəlif maliyyə təlimlərini təqdim edən şirkətdir.

BMGI Maliyyə və Mühasibatlığ, Maliyyə hesabatları, eləcə də İdarəetmə uçotu, Vergi uçotu, Maliyyə auditi və s. kimi müxtəlif maliyyə ixtisasları üzrə təlim proqramları təqdim edir.

Maliyyə təlimlərimiz arasında xüsusi önəm kəsb edən və Orxan Məmmədzadə tərəfindən yaradılmış və təkmilləşdirilən unikal maliyyə təlim platforması olan “Hazır Mühasib” (aze. “Accomplished Accountant”) platformasıdır. Platforma Vergi uçotu, Maliyyə uçotu, İdarəetmə və 1C kimi bir neçə əsas moduldan ibarətdir.

Şirkətimizin təklif etdiyi maliyyə xidmətləri arasında maliyyə hesabatlarının verilməsi, vergi uçotu, investisiya qərarlarının qəbulu, fəaliyyətin təhlili, biznes və aktivlərin qiymətləndirilməsi, səhmlərin alınması və inventarların tənzimlənməsi xidmətləri, işçi qüvvəsinin autsorsu və daha çoxu vardır.