15 Fevral Başkent Restaurant da Founder Club-ın təşkilatçılığı ilə SBN 23.1 (Speed Business Networking) adlı B2B tədbir keçirildi.Tədbirdə inşaat, inşaat materialları, mebel, izolaysasiya, pərdə, dizayn, memar, təchizat, dam örtükləri, isitmə və soyutma sistemləri,boya, təmir və tikinti, uniforma, cleaning və s sahələrdən 70 iş adamı iştirak etdi.

Tədbirdə ayrıca Yelo Bank iştirak edərək iş adamları ilə görüşdü.Səhər yeməyi sonrasında ,partnyor iş adamlarına Partnyorluq sertifikatları təqdim edildi. B2B görüşlərdə Melissa Park, Marine Group, Brooks İnternational, İCA Group, Maricel Estate, Azinşaat Holding kimi şirkətlər iştirak etdilər.