Böyük yeni bazar iqtisadiyyatlarının gələcəkdə qlobal iqtisadi artımda daha böyük rol oynayacağı proqnozlaşdırılır. Bu artımın əsas səbəbləri arasında demoqrafik dəyişikliklər və genişlənən istehlakçı təbəqəsi göstərilir.

Eyni zamanda, bir çox kiçik ölkənin iqtisadiyyatının gələn beş ildə qlobal orta göstəricidən iki dəfə sürətlə artacağı proqnozlaşdırılır. Bu artıma əsas səbəblərdən biri – zəngin təbii resurs ehtiyatlarıdır. Bununla yanaşı, yüksək borclanma səviyyələri gələcək iqtisadi fəaliyyət üçün risklər yarada bilər.

Bu qrafik, Beynəlxalq Valyuta Fondunun (IMF) 2024 Dünya İqtisadi Baxışına əsasən 2029-cu ilə qədər ən sürətli iqtisadi artıma sahib olacağı gözlənilən yeni bazar ölkələrini göstərir.

Cənubi Amerikanın ərazi baxımından üçüncü ən kiçik ölkəsi olan Qayana, 2029-cu ilə qədər dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olacaq.

Bu sürətli artımın səbəbi, ExxonMobil şirkətinin 2015-ci ildə əhəmiyyətli neft yataqları kəşf etməsi ilə bağlıdır. Son beş ildə bu tapıntı ölkə iqtisadiyyatının dörd dəfə böyüməsinə səbəb olub. Yalnız 800,000 əhalisi olan bu ölkə, 2028-ci ilə qədər adambaşına düşən xam neft istehsalına görə dünyada birinci yerə çıxaraq Küveyt-i də geridə qoyacaq.


Asiyada ən güclü iqtisadi artımın isə Banqladeşdə olacağı proqnozlaşdırılır. İxracatın 85%-i tekstil sənayesindən asılı olan bu ölkə, son 30 ildə bir dəfə də olsun mənfi iqtisadi artım yaşamayıb. Hazırda 170 milyon əhalisi olan Banqladeş sabit və davamlı inkişaf nümunəsi göstərir.


Ümumi sıralamada 8-ci yerdə qərarlaşan Hindistan, 2029-cu ilə qədər 6.5% real ÜDM artımı ilə önə çıxır. Bu artımın əsas mənbələri əhalinin artımı, dövlət investisiyalarıgüclü istehlakçı tələbi olacaq.