Bakıda “TEI Forum 2026″nın (Ticarət, İxrac, İnnovasiya) təntənəli təqdimat mərasimi keçirilib.

Bakı, 18 Mart 2026 – Dünən “Hilton Baku” otelində regionun ən iddialı iqtisadi platformalarından biri olan “TEI Forum 2026” (Trade, Export, Innovation) Forumunun rəsmi təqdimat mərasimi baş tutub. Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin diplomatik korpus nümayəndələri, millət vəkilləri və nüfuzlu iş adamları iştirak edərək forumun gələcək perspektivlərini müzakirə ediblər.

Forumun Təşkilat Komitəsinin rəhbər heyəti – Founder Club – un rəhbəri Ruslan Dəmirov, S.I.G.N LTD şirkətinin təsisçisi və TEI Forum Təşkilat komitəsinin sərdi Elmir Hacıyev, BMG International şirkətinin təsisçisi və Maliyyə İnnovasiyaları üzrə Ekspert, iqtisadçı Orxan Məmmədzadə, eləcə də İİTKM – nin “Enterprise Azerbaijan” portalının rəhbəri Dos. İsa Qasımov geniş təqdimatlarla çıxış ediblər.

Təqdimat mərasimində Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamitkanov, Qazaxıstanın səfiri Alim Bayel və Özbəkistanın səfiri Baxrom Əşrəfxanov iştirak edərək, Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarət və ixrac əlaqələrinin genişləndirilməsində bu forumun strateji əhəmiyyətini vurğulayıblar. Həmçinin müxtəlif ölkələrin ticarət müşavirləri, millət vəkilləri Razi Nurullayev, Vüqar Bayramov, Müşfiq MəmmədliMüşviq Cəfərov iştirak edərək forumun qanunvericilik və iqtisadi islahatlar kontekstində rolundan bəhs ediblər.

Qlobal İnteqrasiya və İnnovativ İqtisadiyyatın Mərkəzi

Təqdimat zamanı qeyd olunub ki, 30-31 oktyabr tarixlərində keçiriləcək əsas Forum Azərbaycanın qonşu və tərəfdaş ölkələrlə iqtisadi bağlarını daha da möhkəmləndirmək məqsədi daşıyır. “TEI Forum 2026” təkcə ticarət platforması deyil, həm də Azərbaycanın qlobal tədarük zəncirinə inteqrasiyasını sürətləndirən bir katalizator rolunu oynayacaq.

Forumun əsas hədəfləri:

  • İxrac Potensialının Artırılması: Yerli məhsulların xarici bazarlara çıxışını asanlaşdırmaq və “Made in Azerbaijan” brendini qlobal səviyyədə təşviq etmək.
  • İnnovativ Həllər: Ticarət və logistika sahəsində ən son texnoloji yeniliklərin tətbiqi ilə iqtisadi səmərəliliyi artırmaq.
  • İnvestisiya Cəlbolunması: Xarici investorlar və yerli sahibkarlar arasında birbaşa dialoq mühiti yaratmaq.

Azərbaycan İqtisadiyyatına Töhfə

Tədbir iştirakçıları vurğulayıblar ki, oktyabr ayında baş tutacaq üç günlük forum Azərbaycanın qeyri-neft sektorunun inkişafına birbaşa töhfə verəcək. Ölkəmizin tranzit və logistika mərkəzi kimi strateji mövqeyi, innovativ ticarət modelləri ilə birləşərək yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın diversifikasiyasına şərait yaradacaq.

Çoxsaylı yerli və xarici iş adamlarının qatıldığı təqdimat mərasimi B2B görüşlər və gələcək əməkdaşlıq protokollarının ilkin müzakirəsi ilə yekunlaşıb.

“TEI Forum 2026” haqqında: TEI (Trade, Export, Innovation) Forumu regionun ticarət, ixrac və innovasiya sahələrini birləşdirən ən böyük platformadır. Forumun məqsədi dayanıqlı iqtisadi artımı təmin etmək üçün dövlət və özəl sektor arasında effektiv tərəfdaşlığı stimullaşdırmaqdır.

“TEIForum2026″Təşkilatçıları- Founder Club və onun üzv şirkətləri : Bahar Home Consept,BMG İnternational, SİGN LTD, EDU DİSTANCE, TECCO

“TEI Forum 2026” nın strateji tərəfdaşı –İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), o cümlədədn “Enterprise Azerbiajn” portalı